Вернуться назад Распечатать

Tramp FED rəhbərini uduzan adlandırır, faizlərin dərhal azaldılmasını tələb edir

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli uduzmuş və cənab Çox gec adlandırıb və faiz dərəcələrini aşağı salmasa, ABŞ iqtisadiyyatının kəskin şəkildə yavaşlayacağını bildirib.

1xeber.media xəbər verir ki, dövlət başçısı aprelin 21-də “Truth” sosial şəbəkəsində müvafiq yazı dərc edib.

“Belə yaxşı eniş tendensiyaları ilə, proqnozlaşdırdığım kimi, inflyasiya demək olar ki, olmayacaq, lakin son uduzan cənab Too Late indi faiz dərəcələrini azaltmasa, iqtisadi yavaşlama ola bilər”, o yazıb.

Onun fikrincə, Pauel də seçki dövründə ABŞ-ın keçmiş prezidenti “yuxulu Co Baydenin”, daha sonra isə keçmiş vitse-prezident Kəmalə Harrisin dövlət başçısı vəzifəsinə seçilməsinə kömək etmək üçün faiz dərəcəsini qəsdən aşağı salıb.