Вернуться назад Распечатать

Büdcə ofisinin rəhbəri Ağ Evdə Maskı əvəz edəcək

Ağ Evin İdarəetmə və Büdcə Ofisinin (OMB) rəhbəri Rassel Vot milyarder İlon Maskı ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri postunda əvəz edə bilər.

1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Agentlik yazır: “Anonim qalmağı xahiş edən Tramp administrasiyasının rəsmisi bildirib ki, Voutun Maskın qaldığı yerdən davam etməyə hazırlaşdığına inanılır.

Nəşrin mənbəsinin sözlərinə görə, Vout artıq özünü səriştəli, eləcə də “hökumətin əslində necə işlədiyinə dair fədakarlığın və biliyin unikal birləşməsinə malik” bir şəxs kimi təsdiqləyib.

Daha əvvəl mənbələr The Daily Mail-ə bildiriblər ki, Mask Ağ Evin Baş Qərargah rəisi Susie Wiles-ə münasibətinə görə ABŞ prezidenti Donald Tramp administrasiyasının qəzəbinə səbəb olub.