Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri ictimai nəqliyyatda qiymət artımı ilə əlaqədar etiraz aksiyalarına başlayıblar.
1xeber.media xəbər verir ki, bu barədə news.am onlayn resursu məlumat yayıb.
İrəvan yaxınlığındakı iki kəndin sakinləri Ermənistanın Gürcüstanla sərhədə gedən əsas magistrallarından birini bağlayıblar. Polis aksiyanın keçirildiyi yerə gəlib, lakin hələ də magistral yolun bağlanması üçün heç bir aktiv addım atmayıb.
Bildirilir ki, oxşar hadisə əvvəllər də olub, sonuncu dəfə aprelin 10-da baş verib.
Bundan əvvəl Ermənistanda ölkənin baş naziri Nikol Paşinyana alma atan şəxsə bəraət verilib. Cinayətkar xuliqanlıqda ittiham olunub.