Вернуться назад Распечатать

Üç ay sonra parlamentə gəldi

Milli Məclisin növbəti plenar iclası başlayıb.

1xeber.media  xəbər verir ki, son 7 plenar iclasda iştirak etməyən millət vəkili Siyavuş Novruzov  da bu gün keçirilən iclasa qatılıb.

Maraqlıdır ki, ötən gün saytımızda deputatın harada olmağı ilə bağlı yazıdan sonra o, 3 aylıq fasiləyə az qalmış parlamentə gəlib. 

Sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olan deputat hazırda gedən müzakirələrdə iştirak edir. 

Qeyd edək ki, ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.