Вернуться назад Распечатать

Moskva Kaluzhsko-Rijskaya metro xəttini bərpa etdi

Moskvada “Kalujsko-Rijskaya” metro xəttinin cənub hissəsində relslərdə bir nəfərin tapılmasından sonra nəqliyyatın hərəkəti bərpa edilib.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 22-də paytaxtın Nəqliyyat Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Kalujsko-Rijskaya xəttində nəqliyyatın hərəkəti bərpa edilib və qrafikə uyğunlaşdırılır”, Telegram kanalında deyilir.

Həmin hissə səhər saatlarında nəqliyyatın hərəkəti üçün bağlanmışdı. Eyni zamanda, qatarlar artan intervallarla əks istiqamətdə hərəkət edirdi. RİA Novosti-nin məlumatına görə, kişi Leninski prospekt stansiyasında qatarın altına düşərək ölüb.