Вернуться назад Распечатать

Avropa ABŞ üçün Ukrayna ilə bağlı qırmızı xətlər çəkir

Avropa ölkələrinin nümayəndələri keçən həftə Amerika tərəfi ilə görüş zamanı Ukrayna və Rusiya arasında potensial sülh sazişinin hansı aspektlərinin onlar üçün danışıqlar mövzusu olmayacağını açıqlayıblar.

1xeber.media xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

"Bizi maraqlandıran yeganə məqsəd Fransanın maraqlarının və Avropanın təhlükəsizliyinin qorunmasıdır. Ona görə də ABŞ vasitəçi mövqeyi tutmaq qərarına gələndə onlara qırmızı xətlərimizin nədən ibarət olduğunu eşitdiririk", - Fransa Xarici İşlər Nazirliyinin rəhbəri hansı məhdudiyyətlərdən danışdığını açıqlamayıb.

Daha əvvəl Barro bildirmişdi ki, Aİ ölkələrinin nümayəndələri Rusiya prezidenti Vladimir Putinin Ukraynada elan etdiyi Pasxa atəşkəsi “marketinq əməliyyatı” hesab edir. O, atəşkəsi “prezident [Donald] Trampın səbirsiz və qəzəbli olmasının qarşısını almaq məqsədi daşıyan “cazibədar əməliyyat” adlandırıb.