Вернуться назад Распечатать

Netanyahu Bakıya GƏLİR?

İsrail Baş naziri Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək.

1xeber.media xəbər verir ki, bu barədə “İsrael Hayom” saytı məlumat yayıb.

“Səfərin dəqiq tarixi hələ müəyyən edilməsə də, onun yaxın vaxtlarda baş tutacağı gözlənilir”, - məlumatda qeyd olunub.

***

İsrail səfirliyindən saytımıza bildirilib ki, onlarda Baş nazir Netanyahunun Bakıya səfəri ilə bağlı hər hansı məlumat yoxdur.

Azərbaycan XİN isə hər hansı bir səfərlə bağlı məlumat olacağı təqdirdə ictimaiyyətə açıqlanacağını vurğulayıb.