Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevin Krım yarımadasını Rusiyanın ərazisi kimi tanımaqdan imtina etməsi ilə bağlı açıqlamaları münaqişənin həlli üzrə danışıqlara zərər vurur.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp özünün Truth sosial şəbəkəsindəki hesabında bildirib.
“Zelenski “The Wall Street Journal”ın ön səhifəsində lovğalanır ki, “Ukrayna qanuni olaraq Krımı Rusiyanın Rusiyası kimi tanımır, burada müzakirə olunacaq heç nə yoxdur”. Bu bəyanat Rusiya ilə sülh danışıqlarına çox ziyan vurur, çünki Kiyev uzun illər əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanın himayəsi altında Krımı itirib və hazırda müzakirə mövzusu belə deyil”, - dövlət başçısı qeyd edib.
Tramp həmçinin qeyd edib ki, Ukrayna liderinin sözləri böhranın həllinə deyil, yalnız eskalasiyaya kömək edir.
Bundan əvvəl “The Washington Post” (WP) yazıb ki, ABŞ Ukrayna və Avropa İttifaqına (Aİ) Krımı Rusiyanın bir hissəsi kimi tanımağı və münaqişənin sülh yolu ilə həlli üçün şərt kimi mövcud hərbi əməliyyatlar xəttini dondurmağı təklif edəcək. Güman edilir ki, bu variant Ukrayna tərəfi tərəfindən qəbul olunarsa, Vaşinqton Kiyevə təhlükəsizlik zəmanəti verəcək.