Вернуться назад Распечатать

Çexiyanın baş naziri Dmitri Medvedevin Haşeklə bağlı "təhdidlərinə" reaksiya verdi

1xeber.media xəbər verir ki, Çexiyanın baş naziri Petr Fiala Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ikiqat Stenli Kubokunun qalibi Dominik Haşeklə bağlı X sosial şəbəkəsindəki səhifəsində verdiyi açıqlamaya cavab verib. Fiala Medvedevin sözlərini təhdid adlandırıb və onları tamamilə qəbuledilməz hesab edib. "Onlara məhəl qoymamaq mümkün deyil.

Bu, Rusiya siyasətinin aqressiv və təhlükəli xarakterini bir daha təsdiqləyir", - deyə siyasətçi bildirib. Aprelin 22-də Haşek Medvedyevlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə və Beynəlxalq Buzda Xokkey Federasiyasına şikayət etdiyini açıqlayıb. O, Rusiyanın keçmiş prezidentinin onu açıq şəkildə təhdid etməsindən şoka düşdüyünü bildirib. Aprelin 6-da rusiyalı xokkeyçi Aleksandr Oveçkin kanadalı Ueyn Qretzkiyə məxsus Milli Xokkey Liqasının müntəzəm çempionatlarında qolların sayına görə rekord qırıb. Bundan sonra Medvedev Telegram kanalında Oveçkini təbrik edərək, Hasekin də adını çəkib.