Вернуться назад Распечатать

Kreml Ukraynada atəşkəs üçün vacib şərt adlandırıb

1xeber.media xəbər verir ki, Ukrayna neytral dövlətə çevrilməlidir, çünki onun NATO-ya üzvlüyü Rusiya üçün təhlükəsizlik təhdidləri yaradacaq.
Bu şərti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Point” nəşrinə müsahibəsində deyib. "Əgər siz Ukraynanın təhlükəsizliyinə zəmanət vermək və onu NATO-ya cəlb etmək istəyirsinizsə, Rusiyanın təhlükəsizliyini pozmuş olursunuz. Ona görə də Ukrayna üçün neytral status lazımdır", - o deyib.

Peskov həmçinin vurğulayıb ki, bəzi dövlətlərin təhlükəsizliyi başqalarının təhlükəsizliyi hesabına qurulmamalıdır. Daha əvvəl Peskov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski dünyada Rusiya əleyhinə olan hər şeyin mərkəzinə çevrilmək istəyir. “O, Avropa və Amerikanı müharibəyə sürükləmək qərarına gəlib və özünü yer üzündə Rusiya əleyhinə olan hər şeyin mərkəzi kimi təqdim edir”, - Kremlin sözçüsü bildirib.