Вернуться назад Распечатать

Kəlbəcərdən pis xəbər - Ölən var

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, "KİA" markalı avtomobil qarşıdan beton qarışdıran avtomobillə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957 təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Hadiəs yerinə polis əməkdaşları cəlb olunublar.

Araşdırma davam etdirilir.