ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya prezidenti Vladimir Putin arasında görüş aprelin 25-də baş tuta bilər.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 23-də “Axios” portalı öz mənbəsinə istinadən məlumat yayıb.
“Cümə günü Uitkoffun Rusiya prezidenti Putinlə görüşü gözlənilir”, - deyə nəşr yazıb.
Flightradar-ın məlumatına görə, göyərtəsində Amerika liderinin xüsusi nümayəndəsinin olduğu Gulfstream G650 təyyarəsi artıq Paris hava limanından Rusiyaya doğru yola düşüb.