Вернуться назад Распечатать

Aİ ABŞ mallarına sərt tariflər tətbiq etməyi düşünür

Avropa İttifaqı (Aİ) ABŞ mallarına sərt rüsumlar tətbiq etməyi və Amerika silahlarının alışını azaltmağı nəzərdən keçirir.

1xeber.media xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Avropanın yüksək səviyyəli diplomatı bildirib ki, Avropa hazırda ABŞ-ın elan etdiyi tariflərə cavab olaraq tariflərə diqqət yetirir. O vurğulayıb ki, Aİ qarşıdurmanı qızışdırmaq istəmir, eyni zamanda son dərəcə aydın olmaq istəyir.

Mənbə onu da əlavə edib ki, Brüssel öz təfəkkürünü dəyişərək, “şirinlikdən strategiyaya” keçib. “Biz Vaşinqtonsuz işləyə biləcək bir yol tapmalıyıq”, o, yekunlaşdırıb.

ABŞ prezidenti Donald Tramp aprelin əvvəlində 185 ölkədən məhsullara idxal rüsumlarının kəskin artırılmasını təsdiqləyib. Baza dərəcəsi 10 faiz idi, lakin bir sıra ölkələr, o cümlədən Vaşinqtonun əsas müttəfiqləri üçün tariflər bir neçə dəfə yüksək idi. Belə ki, Aİ üçün ABŞ səlahiyyətliləri gömrük dəyərinin 20 faizi həcmində tarif təyin edib.