Вернуться назад Распечатать

15 yaşlı uşaqların əmək müqaviləsi bağlaya bilməməsi praktikada problemlər yaradır – Komitə sədri

Konstitusiyaya dəyişiklik edilərsə, bəzi məsələlər aradan qaldırılmalıdır.

1xeber.media xəbər verir ki, bunu “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişiklik praktikada problem yaradır.

“Sənədə əsasən, 15 yaşlı uşaqlar əmək müaviləsi bağlaya bilməzlər. Lakin idmanın müxtəlif sahələrində, film çəkilişlərində, uşaqlar əməyə cəlb edilir. Bu predmet Əmək Məcəlləsinin işidir", komitə sədri deyib.