Вернуться назад Распечатать

Azərbaycanda gürcü dilində 200-dən çox məzun imtahan verib - DİM sədri

Azərbaycanda gürcü dilində 200-dən çox məzun imtahan verib.

1xeber.media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Gürcü dilində 200-dən çox məzun imtahan verib. 120 nəfər doqquzuncu sinifdə, təxminən 100 nəfər isə 11-ci sinifdə imtahan verib. Biz imtahan nəticələrini gürcü mütəxəssislərlə birgə ekspertizadan keçirirdik.
Gürcüstanda Azərbaycan dili imtahanlarında test tapşırıqlarının yazılmasında iştirak edirdik", - o əlavə edib.