Вернуться назад Распечатать

Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

1xeber.media Publika.az-a istinadla xəbər verir ki, müsahibə zamanı Prezidentin masasına qoyulan məhsullar diqqət çəkib.

Masanın üzərinə Kəlbəcərin "İstisu"yu, bütöv bir limon və armudu stəkanda çay qoyulub. Bütün bunlar Azərbaycanın milli atributları sayılır. Bu, həm məhsulun, həm azad olunmuş ərazilərin investisiya potensialının marketinqi, həm də “ərazilərimiz azad olunub” mesajı baxımından maraqlıdır.