Вернуться назад Распечатать

Mayor Fəxri Abbasov vəfat etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq vəzifəli şəxsi, mayor Fəxri Abbasov vəfat edib.

1xeber.media məlumatına görə, F.Abbasov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Abbasov uzun müddət FHN-nin Cənub Regional Dövlət Yanğından Nəzarət Xidmətinin baş inspektoru işləyib.

Qeyd edək ki,Cəlilabad rayonunda anadan olan Fəxri Abbasovun bir müddət öncə anası və 39 yaşlı qardaşı da xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin.