1xeber.media xəbər verir ki,növbəti bir neçə həftə Ukraynanın və Qərbin gələcəyini müəyyənləşdirəcək, Polşanın Baş naziri Donald Tusk bildirib. O, müvafiq postu noyabrın 17-də X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində dərc edib.
"Gələcək həftələr təkcə <Ukraynadakı münaqişə> üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq" deyə o yazıb.Polşanın baş naziri Qərb ölkələrini Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarına görə tənqid edib və əlavə edib ki, “telefon diplomatiyası bütün Qərbin Ukraynaya real dəstəyini əvəz edə bilməz”.Almaniya kansleri Olaf Şolzla Rusiya prezidenti Vladimir Putin arasında Almaniyanın təşəbbüsü ilə baş tutan danışıqlar noyabrın 15-də məlum olub. Şolz daha sonra jurnalistlərə bildirib ki, Rusiya lideri ilə telefon danışığı mühüm və ətraflı olub.
Kremldən bildirilib ki, söhbət zamanı Ukraynadakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsi aparılıb.Peskov deyib ki, Putinlə Şolz arasında söhbət işgüzar, ətraflı və çox səmimi olub, çünki tərəflər müəyyən məsələlərlə bağlı öz mövqelərini açıq bəyan ediblər.