Вернуться назад Распечатать

Makron Trampı qəzəbini bir nəfərə yönəltməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampı qəzəbini Rusiya lideri Vladimir Putinə yönəltməyə çağırıb.

1xeber.media xəbər verir ki, onun sözlərini Politico yayıb.

"Amerikanın qəzəbi yalnız bir şəxsə yönəlməlidir: Prezident Putin", - Makron deyib.

Makron həmçinin iddia edib ki, Putin Ukraynadakı münaqişəyə son qoymaq istəyində qeyri-səmimi olub. O, aprelin 24-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Kiyevə irimiqyaslı raket zərbəsi endirməsi ilə bağlı xəbərləri belə şərh edib.