Вернуться назад Распечатать

Zelenski Ukraynanın mübarizəsini ABŞ-ın ruslara qarşı müdafiəsi ilə izah edib

Ukrayna özünün olduğu kimi ABŞ-ın da hüquqları uğrunda mübarizə aparır, çünki ruslar guya həmişə ABŞ-ı məhv etmək istəyiblər.

1xeber.media xeber verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski özünün YouTube kanalında yayımlanan amerikalı jurnalist Ben Şapiroya müsahibəsində bildirib.

"Ruslar ABŞ-ın məhv edilməsini istəyir və həmişə də istəyiblər. Biz Sovet İttifaqında doğulmuşuq. Biz hamımız məktəbdə bunu keçmişik. Bu, Sovet İttifaqının siyasətidir. Biz öz hüquqlarımız uğrunda mübarizə apardığımız kimi sizin də hüquqlarınız üçün mübarizə aparırıq" dedi.

Bundan əvvəl Ukrayna lideri ABŞ-ın münaqişənin sülh yolu ilə həlli planını rədd edərək, bunun rəsmi təklif olmadığını bildirib. O əlavə edib ki, “belə siqnallar” mediada olub, eşidilir və eşidiləcək.