Вернуться назад Распечатать

Krımın Ukraynaya qaytarılması mümkündür - Tramp

1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Krımın Ukraynaya qaytarılması ehtimalından danışıb.

Amerika liderinin sözlərinə görə, Krım ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə Rusiyanın tərkibinə daxil olduğundan yarımadanın Ukraynaya qaytarılması çox çətin olacaq. "Qərar verdilər. Atışma olmadı, sadəcə təhvil verdilər. İndi deyirlər, qaytara bilərsənmi?", - siyasətçi bildirib.

Tramp Kiyevin ərazi güzəştlərinə getməli olub-olmaması ilə bağlı sualı da cavablandırıb. Onun fikrincə, “bu, ərazilərdən asılıdır”. O, ABŞ-ın Ukrayna ilə işləməkdə mümkün olan hər şeyi edəcəyinə söz verib.