
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.
1xeber.media "musavat.com"-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs olunub.
Buna səbəb kimi Nurəddin Cəlilovun metroda qanunsuz hərəkət etməsi gəstərilir. Bu səbəbdən o, metro polisi tərəfindən saxlanılıb. Onun barəsində protokol qəbul edilərək məhkəməyə göndərilib.
Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi olan N. Cəlilovla A. Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.