Вернуться назад Распечатать

Putin və Vitkoff Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putinlə Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında üç saatlıq konstruktiv söhbət olub.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 25-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Bu söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq məsələlərdə Rusiya və ABŞ-ın mövqelərini bir-birinə daha da yaxınlaşdırmağa imkan verdi. Ukrayna böhranının özünə gəlincə, müzakirələr, xüsusən, Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyü ilə bağlı olub", - Uşakov aydınlıq gətirib.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Putinlə Vitkoffun bugünkü görüşü nasizmlə mübarizədə Rusiya və ABŞ arasında müttəfiqliyi simvollaşdırır.