Вернуться назад Распечатать

Berlin tədbirlərdə Rusiya və Sovet bayraqlarını qadağan edəcək

Berlin hakimiyyəti 8 və 9 may Böyük Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş anım tədbirlərində Rusiya və Sovet simvollarından istifadəni qadağan etməyi planlaşdırır.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 25-də Berliner Morgenpost qəzeti məlumat yayıb.

Nəşrin istinad etdiyi hökumətin sərəncamına əsasən, qadağa Rusiya, Sovet və Belarus bayraqlarına, hərbi geyim və ya onların elementlərinə, hərbi fərqlənmə nişanlarına, üzərində Z və V hərfləri olanlara, Georgi lentlərinə şamil ediləcək.

Berlin polisi bildirib ki, onların əsas məqsədi sovet abidələrində zorakılığın qarşısını almaq və anım tədbirlərini siyasiləşdirmək cəhdlərinin qarşısını almaqdır.