ABŞ prezidenti Donald Tramp Vatikanda Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
1xeber.media xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Məlum olduğu kimi, pontifikin dəfn mərasimi şənbə günü, aprelin 26-da olacaq. Uzun müddətdir ki, Zelenskinin mərasimdə iştirakı sual altında idi.
Qeyd olunub ki, Donald Tramp mərasimdən əvvəl onunla görüşəcək. Eyni zamanda, Amerika lideri İtaliyanın baş naziri Corca Meloni, eləcə də Böyük Britaniyanın baş naziri Key Starmer ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Vladimir Zelenski Roma Papası Fransiskin dəfn mərasimində iştirak üçün Vatikana gedib.