Вернуться назад Распечатать

Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edildi

Ağ Ciyər Xəstəliklər Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.

1xeber.media report-a  istinadla xəbər verir ki, bu vəzifəyə 1967-ci il təvəllüdlü Əli Mirzəmməd oğlu Nuriyev təyin olunub.

Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.