Вернуться назад Распечатать

Prezident bir neçə aydan sonra yenidən Çinə səfər edəcək

Prezident Si Szinpin məni Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm.

1xeber.media xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.