Вернуться назад Распечатать

ABŞ və İran Oman danışıqlarında razılığa gəlmək üçün ortaq istəklərini bildirdi

İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqlar zamanı tərəflər qarşılıqlı hörmət və uzunmüddətli öhdəliklərə əsaslanan razılaşma əldə etmək üçün ümumi istək nümayiş etdiriblər.

1xeber.media xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr Bin Həməd Əl Busaidi məlumat verib.

"ABŞ və İran arasında bugünkü danışıqlar qarşılıqlı hörmət və uzunmüddətli öhdəliklərə əsaslanan razılaşma əldə etmək üçün ortaq istəyi nümayiş etdirdi", - ISNA onun sözlərini sitat gətirib.

Bildirilir ki, tərəflər nüvə proqramı ilə bağlı bir sıra tələblərə əməl olunmaq şərti ilə İrana qarşı sanksiyaların ləğvi imkanlarını da müzakirə ediblər.