Yəməndəki husilər İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz təyyarələrlə zərbələr endiriblər.
1xeber.media xəbər verir ki, Bu barədə aprelin 26-da Al Masirah telekanalı məlumat yayıb.
Məqalədə deyilir: “Husilər İsrailin hədəflərinə iki pilotsuz təyyarə zərbəsi endiriblər.
Telekanal həmçinin aydınlaşdırıb ki, İsrail ərazisinə bu cür zərbələr Fələstin xalqı ilə həmrəylik əlaməti olaraq həyata keçirilir.