Вернуться назад Распечатать

Zelenskiyə Krımla bağlı məsləhətlər verilib

Ukrayna prezidenti Vladimir Zelenski Krımın Rusiya ərazisi kimi tanınmasına güzəşt kimi yanaşmamalıdır.

1xeber.media xəbər verir ki, bu fikri Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç X sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

Onun fikrincə, Kiyevin yarımadadan imtina etməsi “qızdırmalı yuxudan reallığa oyanış” olacaq.

Bundan əvvəl Zelenski vurğulayıb ki, Ukrayna heç vaxt Krımı Rusiya kimi tanımayacaq. O qeyd edib ki, Kiyevin mövqeyi beynəlxalq hüquqa əsaslanır.