Roma Papası Fransiskin dəfn mərasimi dünya gündəmində hələ də aktual mövzudur.
1xeber.media xəbər verir ki, dünya liderlərinin xanımları ilə birgə qatıldığı mərasimdə protokol qaydalarını pozanlar diqqətdən yayınmayıb. Məsələn, ABŞ lideri Donald Trampla Ukrayna Prezidenti Zelenskinin protokol qaydasını pozması xüsusilə vurğulanıb.
Xarici mətbuatın yazdığına görə, Papanın dəfn mərasiminə Tramp xanımı Melaniya ilə yox, onun oxşarı ilə qatılıb. Mətbuat buna səbəb kimi Melaniya Trampın hərəkətlərindəki uyğunsuzluğu və fərqli üz cizgilərini göstərib.
Adının gizli saxlanılmasını istəyən mənbə bildirib ki, Melaniya əslində Donald Trampa nifrət edir. Trampın həyat yoldaşı kimi mərasimlərə qatılmaq lazım olanda çox vaxt dublyoru onu əvəz edir.Onların evliliyi maliyyə razılaşması əsasında davam edir.