Ermənistan Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil.
1xeber.media xəbər verir ki, bu barədə respublikanın baş naziri Nikol Paşinyan məlumat verib.
Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri iki ölkənin qarşılıqlı maraqları əsasında qurulub və olacaq.
“Vurğulamaq istərdim: bəzən Ermənistanda, fikrimcə, reallığı təhrif edən bəyanatlar verilir: “Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur”, - o, Tallinndə estoniyalı həmkarı Kristen Mixal ilə Ermənistan televiziya kanallarında yayımlanan mətbuat konfransı zamanı deyib.