Вернуться назад Распечатать

“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO

İran Prezidenti Məsud Pezeşkian Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda şeir deyib.

1xeber.media  xəbər verir ki, o, Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir neçə misra səsləndirib.

Pezeşkianın Şəhriyarın vətən həsrəti ilə yazdığı poemadan məhz “Bir görəydim ayrılığı kim saldı?” misrasını səsləndirməsi salonda alqışla qarşılanıb.

Həmin anın videosunu təqdim edirik: