Вернуться назад Распечатать

Qələbə Paradında İsraili yalnız səfir Qalperin təmsil edəcək

Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında İsraili yalnız bu ölkənin Rusiya Federasiyasındakı səfiri Simona Qalperin təmsil edəcək.

1xeber.media xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı diplomatik nümayəndəliyi aprelin 28-də “İzvestiya”ya məlumat verib.

“Bizim səfirimiz səfirliyi və İsrail dövlətini təmsil edəcək”, - İsrailin Moskvadakı səfirliyi aydınlıq gətirib.

Digər İsrail rəsmilərinin iştirakı gözlənilmir, diplomatik missiya aydınlaşdırıb.