Вернуться назад Распечатать

Hindistan Rafale qırıcıları üçün Fransa ilə 7,4 milyard dollarlıq müqavilə bağlayır

Hindistan Fransa ilə 630 milyard rupi (təxminən 7,4 milyard dollar) dəyərində 26 Fransız Rafale döyüş təyyarəsi üçün müqavilə bağlayıb. Müqaviləyə silah, təlim proqramları və simulyatorların verilməsi də daxildir.

1xeber.media xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi aprelin 28-də öz saytında məlumat yayıb.

“Hindistan və Fransa 26 “Rafale-Marine” qırıcı təyyarəsinin (22 tək yerlik və 4 iki yerlik) alınmasına dair mühüm hökumətlərarası saziş imzalayıblar”, - nəşr yazır.

Sazişin imzalanma mərasimində Hindistan tərəfdən müdafiə naziri Racnath Singh və Fransa tərəfdən həmkarı Sebastien Lecornu iştirak ediblər. Departamentin məlumatına görə, texnologiyalar Hindistanın dəniz aviasiyasını gücləndirməyə kömək edəcək.