Вернуться назад Распечатать

İranın Şəhid Rəcai limanında törədilən partlayış nəticəsində ölənlərin sayı 70-ə çatıb

İranın Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 28-də Mehr Xəbər Agentliyi məlumat yayıb.

"Hadisə nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb", - məlumatda deyilir.

Dağıntıların təmizlənməsi işlərinin hələ də davam etdiyi və ən azı daha 20 gün çəkəcəyi qeyd edilir.