Вернуться назад Распечатать

Dövlət Departamenti Lavrov-Rubio söhbətinə münasibət bildirib

ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında aprelin 27-də baş tutan telefon danışığını şərh edərkən bəyan edib ki, ABŞ Ukrayna münaqişəsinin həllinə sadiqdir.

1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Dövlət katibi rusiyalı həmkarına Rusiya-Ukrayna sülh danışıqlarında növbəti addımları və müharibənin indi dayandırılmasının vacibliyini vurğulayıb”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

O, həmçinin Ukraynadakı münaqişəni “mənasız müharibə” adlandırıb.

Bundan əvvəl Lavrov bəyan edib ki, Rubio dərhal Moskvanı Ukrayna və Avropa ölkələri ilə dialoqun gedişi barədə məlumatlandırır.