İcma İCESCO-nun Qərbi Azərbaycandaki abidələrin qorunmasına töhfə verməsini istəyir.
1xeber.media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İCESCO-nun Baş direktoru Səlim Əl-Maliklə görüşdə deyib.
Onun sözlərinə görə, qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində böyük mədəni irs yaradıblar:
“Bu irs təkcə müsəlmanların deyil, həm də dünyanın mədəni irsidir. Biz dünya ictimaiyyətinə həmin mədəni irs haqqında məlumat veririk, onların bərpa olunmasını tələb edirik, dağıdılmasının qarşısının alınmasını istəyirik. İstərdik ki, İCESCO da Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə versin. Biz bununla bağlı UNESCO-ya da müracət etmişik. Ancaq təəssüflər olsun ki, Ermənistan ərazisindəki Qərbi Azərbaycan abidələrinin monitorinqinə icazə verməyib”.