Вернуться назад Распечатать

Zabratda avtomobil təmiri sexi yanır

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexi yanır.

1xeber.media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
“Report” hadisə yerindən fotolar yayıb.