Вернуться назад Распечатать

Bir sıra Avropa liderləri mayın 9-da Kiyevə gəlməkdən imtina etdi

Bir sıra avropalı siyasətçilər mayın 9-da Kiyevə getməyəcək və bununla da Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvada Qələbə Günü paradına etiraz etmək çağırışına məhəl qoymayacaqlar.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 29-da “Politico” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bir sıra Avropa rəsmiləri üzrlü səbəblərdən tədbiri buraxacaqlar. Belə ki, Polşa hökumətinin başçısı Donald Tusk Fransa prezidenti Emmanuel Makronla təhlükəsizlik sazişi imzalamaq üçün Fransanın Nensi şəhərinə gedəcək, Böyük Britaniyanın baş naziri Key Starmer isə Osloda keçiriləcək müdafiə sammitində iştirak etmək niyyətindədir.

Bildirilir ki, Almaniyanın ehtimal olunan kansleri Fridrix Merz öz növbəsində avropalı həmkarları olmadan Kiyevə getməkdən imtina edir.