Moskva Ukraynada münaqişənin gərginləşməsində Berlinin təxribatçı rolunu mənfi qiymətləndirir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
O, Almaniya Xarici İşlər Nazirliyinin Ukraynadakı Pasxa atəşkəsinə mənfi qiymət verdiyi və Rusiyanı Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə müvəqqəti deyil, daimi atəşkəsə razılaşmağa çağırdığı bəyanatına belə cavab verib.
"Rusiya Ukrayna böhranının gərginləşməsində Almaniyanın təxribatçı rolunu mənfi qiymətləndirir", - Zaxarova Telegram kanalında yazıb.
Bundan əlavə, XİN nümayəndəsi əlavə edib ki, Rusiya Almaniyanı Kiyev rejiminə silah tədarükünü dayandırmağa çağırır.