Вернуться назад Распечатать

Rusiya Baş Konsulluğu Türkiyədə avtobus qəzasında ölənlərin vəziyyəti ilə bağlı məlumat yayıb

Türkiyədə avtobus qəzasında xəsarət alan iki Rusiya vətəndaşı əməliyyat oluna bilər.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 29-da Rusiyanın Antalyadakı Baş Konsulluğundan məlumat verilib.

“Türkiyə tərəfinin məlumatına görə, Manavqat ərazisində Antalya hava limanından 25 nəfərlik turist qrupu daşıyan avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Rusiyanın Antalyadakı Baş Konsulluğu Türkiyə xidmətləri, tur operatorları və bu hadisə ilə bağlı işləyən sığorta şirkəti ilə əlaqə saxlayır. Zərərçəkənlərə yardımın göstərilməsi məsələləri nəzarətə götürülüb.