Вернуться назад Распечатать

Əhalinin xərcləri gəlirlərindən 4 manat 31 qəpik çox olub

Ötən il Azərbaycanda adambaşına düşən aylıq gəlir 359 manat 21 qəpik olub.

1xeber.media açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə adambaşına düşən aylıq gəlir 4,7% artıb.
Məlumat üçün bildirək ki, ötən il əhalinin istehlak xərcləri gəlirlərindən çox olub. Belə ki, 2024-cü ildə adambaşına düşən aylıq istehlak xərci 363 manat 52 qəpik təşkil edib.
Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, əhalinin aylıq istehlak xərcləri onların aylıq gəlirlərindən 4 manat 31 qəpik çox olub.