Aaprelin 28-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Hadisə zamanı 2000-ci il təvəllüdlü Orxan Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb.
1xeber.media Unikal-a istinadla xəbər verir ki, qəzanın qurbanı olan Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı foto diqqət çəkib.
Belə ki, həmin fotodakı dostların hər üçü yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Onlardan Araz Kazımlı 2023-cü il oktyabrın 4-də idarə etdiyi "Mersedes"lə qəzaya düşərək həyatını itirib.
Əli Cəfərov isə 2024-cü ilin mart ayında Cəbrayılda ağır qəzada dünyasını dəyişib.