ABŞ prezidenti Donald Tramp amerikalı milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı komandasında qalmağa dəvət edib.
1xeber.media xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Amerika lideri öz administrasiyasının rəhbərliyi ilə görüşdə Maska “İstədiyiniz qədər qala bilərsiniz” deyib.
Daha əvvəl bildirilmişdi ki, Mask siyasi solun tənqidlərindən yorulduğuna görə ABŞ hökumətindəki işini tərk edə bilər.
Aprelin 2-də məlum olub ki, Tramp yaxın çevrəsinə DOGE rəhbərinin tezliklə vəzifəsini tərk edəcəyi barədə məlumat verib. Qeyd olunub ki, biznesmenin ABŞ prezident administrasiyasından uzaqlaşdırılması bəzi məmurların və xarici müttəfiqlərin “onun gözlənilməzliyindən əsəbiləşdiyi və milyarderə getdikcə daha çox siyasi öhdəlik kimi baxdığı” bir vaxta təsadüf edir.