Вернуться назад Распечатать

Putin Oliver Stoun ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stounla görüşüb.

1xeber.media xəbər verir ki, Görüntülər Kremlin Telegram kanalında yayımlanıb.

"Birincilər” adlı maarifləndirici marafon çərçivəsində baş tutub.

"Hər şey yaxşıdır!" – dövlət başçısı ingiliscə əmin etdi.

Daha sonra kameradan kənar dialoqa davam ediblər.

Oliver Stoun rejissor, ssenarist və prodüserdir. Üç Oskar, beş Qızıl Qlobus və bir BAFTA mükafatının sahibi. 2017-ci ildə onun "Putinlə müsahibə" filmi nümayiş olundu.

2023-cü ildə Stoun ABŞ-ı Rusiyanı suverenlikdən məhrum etmək və ölkənin resurslarını ələ keçirmək cəhdində ittiham edib. Onun fikrincə, amerikalılar Rusiyanın ayağa qalxmasını istəmir, Rusiyanın təbii sərvətlərini ələ keçirmək istəyir.