Вернуться назад Распечатать

Fransa Hərbi Dəniz Qüvvələri kamikadze dəniz dronunu sınaqdan keçirib

Fransa Hərbi Dəniz Qüvvələri kamikadze dəniz dronunu sınaqdan keçirib.

1xeber.media xəbər verir ki, bu barədə “Defence News” nəşri məlumat yayıb.

Aprelin 26-da Aralıq dənizində Tulon şəhəri yaxınlığında sınaq zamanı pilotsuz təyyarə istismardan çıxarılan yük gəmisini vuraraq, sonuncunun partlamasına səbəb olub.

"Daha çətin beynəlxalq vəziyyəti nəzərə alaraq, indi Fransa Hərbi Dəniz Qüvvələrinin dənizdə belə eksperimental kampaniyalar keçirməsi məqsədəuyğun görünür", - Fransa Müdafiə Nazirliyi bildirib.