Вернуться назад Распечатать

Misirdə qaz kəməri partladı - Ölənlər var

Misirin Sitt Oktober şəhərində qaz kəmərinin partlaması nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 30-da yerli Youm7 portalı məlumat yayıb.

“Yanğın və partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb, yaxınlıqda dayanmış bir neçə avtomobil yanıb”, – məqalədə deyilir.

İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır və həmçinin partlayış cinayətinin mövcudluğunu müəyyən edir.