Вернуться назад Распечатать

Mərkəzi Bankın valyuta ehtiyatı 600 milyon dollara yaxın azaldı

Bu il aprelin 30-na Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatı 11 milyard 62.5 milyon dollar olub.

1xeber.media xəbər verir ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 598,3 milyon dollar və ya 5,1 faiz azdır.

Mərkəzi Bankın valyuta ehtiyatı 1 ay əvvəl – 31 martla müqayisədə isə 36 milyon dollar və ya 0,3 faiz artıb.