ABŞ və Ukrayna arasında nadir torpaq metalları müqaviləsinə Amerikanın təhlükəsizlik zəmanətləri daxil deyil.
1xeber.media xəbər verir ki, “The New York Times” (NYT) Kiyev üçün zərərli olan bu cür detalları açıqlayır.
Nəşrin danışıqlardan xəbəri olan keçmiş amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, Ağ Ev resurs sazişinin mətninə ən azı bir belə zəmanəti – Kiyevə hərbi yardımın davam etdirilməsini daxil etməkdən imtina edib. Danışıqlarla tanış olan başqa bir şəxsin aydınlaşdırdığı kimi, sövdələşmənin yekun variantında ABŞ-dan Ukrayna üçün açıq-aydın təhlükəsizlik zəmanəti nəzərdə tutulmayıb.
NYT jurnalistləri onu da qeyd ediblər ki, imzalanmış saziş, səs-küylü müzakirələrə baxmayaraq, Ukrayna və Rusiya arasında hərbi əməliyyatlara az təsir göstərəcək.
Cümə axşamı, mayın 1-də məlum olub ki, Ukrayna və ABŞ resurslarla bağlı saziş imzalayıblar. Sənədə əsasən, ABŞ Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə edəcək.